“Yuventus”un futbolçusu Matteys de Liqt əməliyyat olunacaq.
 
Matc.az xəbər verir ki, bu barədə müdafiəçi UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində “Lion” “Olimpik”inə qarşı keçirdikləri cavab oyunundan (2:1) sonra özü məlumat verib:
 
“İndi çiynimdən əməliyyat olunmalıyam. Bizim üçün mövsüm başa çatdı və artıq bu məsələyə köklənəcəm. Növbəti mərhələyə keçmədiyimiz üçün məyus oldum, amma sağalmaq üçün vaxta ehtiyacımın olduğunu da düşünürəm”.
 
Ötən ilin noyabrında niderlandlı müdafiəçinin çiyni çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest