“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.
 
Matc.az xəbər verir ki, klubun futbol akademiyasında çalışan Xaqani Məmmədov fəaliyyətini əsas komandada davam etdirəcək. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssis “qırmızı-qaralar”ın məşqçisi təyin olunub. 2012-ci ildən “Qəbələ”nin futbol akademiyasında məşqçi kimi çalışan Məmmədov bu müddətdə müxtəlif yaş qrupu üzrə komandalarda fəaliyyət göstərib. Onun baş məşqçisi olduğu U-16 2019/20 mövsümündə çempion adını qazanıb.
 
Futbolçu kimi Azərbaycan milli komandasının da şərəfini qorumuş (1997-2008), karyerası ərzində “Neftçi”, “Xəzər” (Sumqayıt), MOİK, “ANS-Pivani”, “Şəmkir”, “Maşınsazi” (İran), “Xəzər Lənkəran”, “Olimpik”, “İnter” və “Karvan”ın formasını geyinib. O, 2007/08 mövsümündə Premyer Liqanın ən yaxşı bombardiri adını qazanıb.
 
Xatırladaq ki, bunadək Elmar Baxşıyevin başçılıq etdiyi məşqçilər korpusunda yer alan Azər Bağırovun “Qəbələ”dəki fəaliyyəti başa çatıb. 2019-cu ilin oktyabrından bu klubda çalışan məşqçi 2019/20 mövsümündə əsas komandada məşqçi kimi fəaliyyət göstərib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest