Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.
 
“Barselona” İspaniyada “Napoli”ni qəbul edib. Komandalar arasında keçirilən ilk oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb. Bu oyunda isə inamlı qələbə qazanan “Barselona” 1/4 finala yüksəlib.
 
Günün digər oyununda “Bavariya” ilə “Çelsi” qarşılaşıb. Londonda keçirilən ilk matçda Münhen klubu 3:0 hesablı qələbə qazanıb. Bu dəfə də darmadağına sevinən Almaniya nəhəngi sürprizə imkan verməyib.
 
Daha əvvəl “Atletiko” (İspaniya), “Leyptsiq” (Almaniya), “Atalanta” (İtaliya), PSJ (Fransa), “Olimpik” (Lion, Fransa) və “Mançester Siti” (İngiltərə) klubları 1/4 final mərhələsinə yüksəlmişdi.
 
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
8 avqust
 
Barselona (İspaniya) – Napoli (İtaliya) 3:1
Qol: Lanqle, 10. Messi, 23. Suares, 45+1-pen – İnsinye, 45+5-pen.
İlk oyun – 1:1
 
Bavariya (Almaniya) – Çelsi (İngiltərə) 4:1
Qol: Levandovski, 10; 84. Perişiç, 24. Tolisso, 76 – Abraham, 44.
İlk oyun – 3:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest