Erməni əsilli amerikalı döyüşçü Edmen Şahbazyan UFC-dəki çıxışı zamanı törətdiyi təxribata görə cəzalanıb. Matc.az xəbər verir ki, bunu idmançının məşqçisi Edmond Tarverdyan sosial şəbəkə hesabından açıqlayıb.

O bildirib ki, Azərbaycan, Türkiyə və daha bir neçə ölkə səfirlikləri onlardan şikayət ediblər. O, buna görə UFC rəhbərliyi tərəfindən cərimələndiklərini və rinqə çıxmadan öncə idmançını yoxlamalı olan əməkdaşın işindən azad edildiyini vurğulayıb.

Xatırladaq ki, erməni əsilli döyüşçü rinqə  Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin "bayrağ"ı ilə çıxıb.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi yaşananlarla bağlı UFC-yə etiraz məktubu göndərmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest