Per Emerik Obameyanq "Arsenal"ın təklif etdiyi yeni müqavilə ilə razılaşıb. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "topçular" qabonlu hücumçuyla 3 illik sözləşmə imzalayacaq.

Məlumata görə, yeni müqavilədə Obameyanqın maaşı artaraq həftədə 250 min funt sterlinq olacaq. Rəsmi açıqlamanın yaxn günlərdə veriləcəyi bildirilir.

31 yaşlı futbolçu London klubu ilə razılaşsa da, sözləşmədə şərt qoyub. Belə ki, əgər "Barselona"dan ona təklif gəlsə, klub hücumçunu qərarını nəzərə almalıdır.

Qeyd edək ki, Obameyanqın hazırkı müqavilə müdddəti 2021-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest