İngiltərənin "Arsenal" klubunda oyunçularla rəhbərlik arasında fikir ayrılığı yaranıb. Matc.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, rəhbərlik pandemiyanın yaratdığı maliyyə böhranı səbəbindən 55 işçi ilə vidalaşmağa hazırlaşır.

Məlumata görə, futbolçular bu qərardan nazarıdırlar. Onlar klubun işçilərinin çıxarılmaması üçün apreldə maaşlarının azaldılmasına razılıq verdiklərini bildiriblər.

Komandanın bir neçə üzvünün bununla bağlı klub rəhbərliyi ilə görüşəcəklərini və texniki işçilərin klubdan çıxarılmamasını tələb edəcəyi vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest