"Barselona"nın hücumçusu Osman Dembele komanda ilə məşqlərə başlayıb. Matc.az xəbər verir ki, noyabrdan oynamayan futbolçu "Napoli"yə qarşı çıxış edə bilər.

Kataloniya klubunun mətbuat xidmətindən verilən məlumata görə, futbolçu bərpa prossesini yekunlaşdırıb. Onun İtaliya klubuna qarşı forma geyinməsi gözlənilir. Fransalı hücumçu ötən mövsüm cəmi 5 oyunda çıxış edib.

Qeyd edək ki, "Barselona" – "Napoli"  matçı avqustun 8-də baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest