"İyun və iyulda fərdi məşqlər edirdim. Özümü yeni mövsümə hazır sayırdım. İndi isə B planı işə düşür. Özümə yeni klub tapmalı və komandama mümkün qədər tez qoşulmalıyam"

"Azerreyl" ötən mövsümdə komandanın kapitanı olmuş sloveniyalı voleybolçu Moytsa Pene ilə yollarını ayırıb.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Bununla bağlı təəssüratlarını sosial şəbəkə hesabında bölüşən legioner oyunçu koronavirus pandemiyası səbəbindən belə qərar qəbul olunduğunu bildirib: "İyun və iyulda fərdi məşqlər edirdim. özümü yeni mövsümə hazır sayırdım. İndi isə B planı işə düşür. özümə yeni klub tapmalı və komandama mümkün qədər tez qoşulmalıyam. Yenidən transfer bazarına üz tutmalıyam. Kimsə bu mövqeyə oyunçu axtarırsa, mən formadayam və başlamağa hazıram. Mənə xəbər edin".
 
Qeyd edək ki, 2020/2021 mövsümündə çağırış Kubokunda iştirakdan imtina edən "Azerreyl" ilin əvvəlində əcnəbi oyunçularla imzalanmış muqavilələrə xitam vermək üçün legionerlərlə danışıqları davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest