"çelsi"nin yarımmüdafiəçisi Villian karyerasını Londonun digər komandasında davam etdirəcək. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu "Arsenal" klubu ilə 3 illik müqavilə imzaladı.

Məlumata görə, "zadəganlar"la müqaviləsi başa çatan yarımmüdafiəçi "çelsi" ilə sözləşmə yeniləməkdən imtina etdi. Azad agent statusu daşıyan oyunçunun növbəti mövsümdən "topçular"da çıxış edəcəyi bildirilir. 31 yaşlı futbolçu "Arsenal"da həftəyə 100 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, Villian bu mövsüm İngiltərə Premyer Liqasının 36 oyununda iştirak edib. Onun aktivində 9 qol və eynisayda assist var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest