"Zirə" ilə yollarını ayıran Mfo Kqasvane hələ də Azərbaycandadır.

Matc.az "Mmegi.bw" saytına istinadən xəbər verir ki, ölkəsinin "Qaborone Yunayted" klubundan təklif alan botsvanalı futbolçu pandemiya səbəbindən vətəninə qayıda bilmir.

26 yaşlı vingerin Avropada qalmaq ehtimalı da olduğu vurğulanıb. Bəzi ölkələrinin aşağı liqa klubları onu heyətində görmək istəyirlər.

Qeyd edək ki, 2019-cu ilin yanvarından "Zirə"də çıxış edən Mfo Kqasvane ilə ötən yay 2 illik yeni müqavilə imzalanmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest