İtaliyanın "Roma" klubu satılıb. Matc.az xəbər verir ki, ABŞ-dan olan milyarder Dan Friedkin paytaxt təmsilçisini 591 milyon avroya alıb.

Klubdan verilən məlumata görə, "Roma" milyarderə məxsus "The Friedkin Group"'a satılıb.

Qeyd edək ki, 1927-ci ildə yaradılan "Roma" üçqat ölkə çempionu, kubokun 9 qat, Superkubokun 2 qat qalibidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest