"Vulverhempton"un hücumçusu Adam Traore mövsüm sonu komandasını dəyişə bilər. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə  "Mançester Siti" və "Yuventus" klubları maraqlanır.

Bildirilir ki, hər iki komanda oyunçu üçün israrlıdır. İspaniyalı forvard çempionlar Liqasında çıxış etmək niyyətindədir. Bu səbəbdən də Traorenin gələn təkliflərə müsbət yanaşacağı bildirilir.

Qeyd edək ki, ispaniyalı oyunçu 2019/20 mövsümündə "Vulverhempton"də 47 oyun keçirib və 6 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest