"İnter"in baş məşqçisi Antonio Konte Aleksis Sançesin komandaya keçidini təsdiqləyib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssis çilili futbolçunun "Mançester Yunayted"dən Milan klubuna transfer olunmasını belə şərh edib:

"Düşünürəm ki, klub əla bir transfer etdi. Bu sövdələşməni həyata keçirmək asan deyildi. İki il ərzində Aleksis Mançester təmsilçisində uğur qazana bilmədi. Sonra bizə gəldi və zədələndi. Ancaq onu sağalmağa məcbur etmədik. İndi də səylərimizin bəhrəsini alırıq".

Qeyd edək ki, Sançes mövsümüm icarə əsasında "İnter"də keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest