Son olaraq "Zenit"də çıxış edən Branislav İvanoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
 
Matc.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "Everton" klubuna keçəcək.
 
Bu barədə İvanoviç "The Sun" nəşrinə açıqlamasında deyib. İvanoviç, "Everton"dan yaxşı təklif aldığını və karyerasını orada davam etdirəcəyini bildirib.
 
Serbiyalı futbolçu 2008-2017-ci illər aralığında İngiltərədə "çelsi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest