İspaniyanın "Espanyol" klubunun yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, yeni mövsümdən Sequndada mübarizə aparacaq komandanı Visente Moreno çalışdıracaq.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Moreno ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Morenonun son klubu "Malyorka" olub. Onun rəhbərlik etdiyi komanda son mövsümdə La Liqayla vidalaşıb.
 
Moreno "Espanyol"da Abelardo Fernandesi əvəzləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest