Tolqay Arslanı komandadan uzaqlaşdıran "Beşiktaş" qış fasiləsində onun mövqeyinə oyunçu transfer edəcək. Matç.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi artıq yeni futbolçusunu müəyyənləşdirib.

"Ağ-qaralar" "Olimpiakos"da uğursuz günlər keçirən Yaya Tureni heyətə qatmaq niyyətindədi. Yunanıstan klubunun baş məşqçisi Pedro Matins onun klubdan göndərilməsini istəyib. Ulduz futbolçunun müqavilə müddəti gələn ilin yayına qədər olsa da, Ture qış fasiləsində "Beşiktaş"a havayı keçə bilər. Yeganə problem ondadı ki, 35 yaşlı dayaq yarımmüdafiəçisi ilə "Vest Hem" və "Milan" da maraqlanır.

Qeyd edək ki, Yaya Ture "Olimpiakos"a bu il "Mançester Siti"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest