"Mançester Yunayted"in yarımmüdafiəçisi Anxel Qomes komandadan ayrılıb.
 
Matc.az xəbər verir ki, 20 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
O, keçirdiyi gözəl illərə görə klubun bütün əməkdaşlarına minnətdarlıq edib.
 
Qeyd edək ki, ingilis futbolçu 6 yaşında "Mançester Yunayted"in akademiyasına qoşulub və 14 ildir klubun müxtəlif yaş qruplarında çıxış edib. O, əsas komandanın heyətində 10 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest