“Yuventus” klubu baş məşqçi Mauritsio Sarri ilə yolları ayırmağı düşünür. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq rəhbərlik bir neçə mütəxəssislə əlaqə saxlayıb.

“Yuventus” klubu baş məşqçi Mauritsio Sarri ilə yolları ayırmağı düşünür. Matc.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq rəhbərlik bir neçə mütəxəssislə əlaqə saxlayıb.

Məlumata görə, Turin klubu Çempionlar Liqasında növbəti mərhələyə vəsiqə qazan bilməyəcəyi təqdirdə, təcrübəli çalışdırıcı istefaya göndəriləcək. Rəhbərliyin ilk namizədi “Real”ın baş məşqçisi Zinnədin Zidan olsa da, fransal Madrid klubundan ayrılmaq fikrində olmadığını bildirib.

Zidanla yanaşı, rəhbərliyin siyahısında daha 4 namizəd var. Bunlar “Tottenhem”in sabiq çalışdırıcısı Maurisio Poçettino, “Latsio”ya rəhbərlik edən Simone İnzaqi, “Atalanta”nın baş məşqçisi Canpyero Qasperini və bir dönəm "Roma"da işləmiş Lusiano Spalletidir.

Xatıqladaq ki, “Yuventus” ÇL-nin 1/8 final mərhələsinin ilk oyununda səfərdə “Lion”a 0:1 hesabı ilə məğlub olub. Tərəfər arasında cavab görüşü avqustun 7-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest