Bu həftə Azərbaycan Kubokunda 2018-19 mövsümünə start veriləcək. Matç.az saytı xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutacaq.

Maraqlıdı ki, üz-üzə gələcək cütlərdən yalnız birində komandalar əvvəllər kubokda görüşüb. Belə ki, "Şüvəlan"la "Keşlə" başqa ad altında 2010-11 mövsümündə qarşılaşıb. Həmin vaxt klublar müvafiq olaraq AZAL və "İnter" adını daşıyıblar. Azərbaycan kubokunun yarımfinalındakı duellərdən üstün ayrılan "İnter" (0:0, 1:0) adını finala yazdırıb.

Digər cütlüklərə gəlincə, "Ağsu" "Sabah"la, "Qaradağ Lökbatan" "Sumqayıt"la, "Kəpəz" isə "Səbail"lə indiyə qədər oynamayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest