AFFA İntizam Komitəsi (İK) bugünkü iclasında aşağı liqalarla bağlı da sərt qərarlar verib. Matç.az saytının məlumatına görə, komitə iki baş məşqçini cəzalandırıb.

U-13 Liqasının "Hacıqabul Şərq" – "Ağsu" görüşündə ikincilərin çalışdırıcısı Sönməz Quliyev hakimi təhqir etdiyinə görə 3 oyunluq cəzaya məruz qalıb. Həmçinin U-12 Liqasının "Neftçi" İK İB – "Sahil" FA oyununda da "Neftçi"nin baş məşqçisi Tural Kərimov eyni addıma əl atdığı üçün qarşıdakı 3 turu kənardan izləməli olacaq.

Yüksək qızlar Liqasının "Zaqatala" – "Qəbələ" matçında isə birincilərin heyətində yetərsay olmadığından, kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Oyunun 44-cü dəqiqəsində hakimin ünvanına təhqir deyən "Zaqatala"nın məşqçisi Ceyhun Zurabov da 3 matçlıq diskvalifikasiya olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest