Futbol üzrə İtaliya A Seriyasında 2019/20 mövsümünün sonuncu – 38-ci turuna start verilib.
 
Matc.az xəbər verir ki, son turun oyunları iki günü əhatə edəcək.
 
Turun açılış matçında elitayla vidalaşan "Breşiya" "Sampdoriya"nı qəbul edib. Bu görüşdə qalib müəyyənləşməyib.
 
İkinci pillə uğrunda mübarizə aparan "Atalanta" "İnter"lə ev oyunundan məğlub ayrılıbsa, "Latsio" da "Napoli"yə uduzub. çempion "Yuventus" son tur çərçivəsində doğma meydanda "Roma"nı qəbul edib və məğlubiyyətlə üzləşib. "Milan" isə "Kalyari"ni darmadağın edib.
 
İtaliya A Seriyası
38-ci tur
1 avqust
 
Breşiya – Sampdoriya 1:1
Qol: Torreqrosa, 49-pen – Leris, 41.
 
Milan – Kalyari 3:0
Qol: Klavan, 11-öz qapısına. İbrahimoviç, 55. Kastilyexo, 57.
 
Atalanta – İnter 0:2
Qol: D`Ambrosio, 1. Yanq, 20.
 
Yuventus – Roma 1:3
Qol: İquayn, 5 – Kaliniç, 23. Perotti, 44-pen; 52.
 
Napoli – Latsio 3:1
Qol: Ruis, 9. İnsinye, 54. Politano, 90+3 – İmmobile, 22.
 
2 avqust
 
20:00 SPAL – Fiorentina
22:45 Bolonya – Torino
22:45 Cenoa – Verona
22:45 Leççe – Parma
22:45 Sassuolo – Udineze

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest