Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Matç.az xəbər verir ki, Topaz Premyer Liqasının XIII turunun "Sabah" – "Neftçi" oyununda baş verənlərə hüquqi qiymət verilib.  

Qarşılaşmanın 33-cü dəqiqəsində "Neftçi"nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə edilib. Eyni aqibətlə 70-ci dəqiqədə "Sabah"ın legioneri Vanderson Silva da üzləşib.

G[rw.wn 84-cü dəqiqəsində "Neftçi"nin hücumçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

"Neftçi"nin idman direktoru Ceyhun Sultanov mətbuatda hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə daha ağır cəza alıb. Klub rəsmisi 10 oyun cəzalanıb, "Neftçi" 16000 manat cərimələnib.

"Neftçi" azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. "Sabah"ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq klub  tərəfindən ödəniləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest