Almaniyanın “Leyptsiq” klubu müdafiəçisi Dayot Upamekano ilə yeni müqavilə imzalayıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Fransalı futbolçu 2023-cü ilin yayınadək Almaniya klubunun uğurları üçün çalışacaq.
 
21 yaşlı futbolçu “Leyptsiq”ə 2017-ci ildə transfer olunub. O, komandanın heyətində 111 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest