İtaliyanın "Napoli" klubu heyətinə yeni futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, Neapol təmsilçisi Fransanın "Lill" klubunun hücumçusu Viktor Osimheni transfer edib.
 
Bu barədə A Seriyası iştirakçısının rəsmi saytı məlumat yayıb. Amma 21 yaşlı oyunçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Almaniyanın "Volfsburq" klubunun yetirməsi olan Osimhen, 2018/19 mövsümünü "Şarlerua"da keçirib. Bu mövsümün əvvəlindən isə o, "Lill"də forma geyinirdi. O, Nigeriya yığmasında çıxdığı 10 matçda 4 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest