"çelsi"nin yarımmüdafiəçisi Villian karyerasını İspaniyada davam etdirə bilər. Matc.az xəbər verir ki, "Barselona" braziliya oyunçunun xidmətində maraqlıdır.

Məlumata görə, Kataloniya klubu 31 yaşlı futbolçuya 3 illik müqavilə təklif edib. Daha öncə "Arsenal"ın da Villianı heyətinə qatmaq istidəyi bildirilirdi. Oyunçunun gələcəyi ilə bağlı qərarı yaxın günlərdə verəcəyi vurğulanıb. 

Xatırladırıq ki, yarımmüdafiəçi ötən mövsüm komandası ilə 47 oyun keçirib və 11 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest