"Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndombele karyerasını İtaliyada davam etdirə bilər. Matc.az “Sky Sports” nəşrinə istinadən xəbər verir ki, “İnter” futbolçunun xidmətində maraqlıdır.

23 yaşlı oyunçu fasilədən sonra iki görüşdə iştirak edib. Fransalı yarımmüdafiəçinin baş məşqçi Joze Mourinyo ilə münasibətləri yaxşı deyil.

O, portuqlaiyalı çalışdırıcı ilə eyni komandada olmaq istəmədiyini açıqlayıb. Bu səbəbdən də onun İtaliya klubuna keçməyə müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Ndombelenin London klubu ilə 2025-ci ilə qədər müqaviləsi var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest