Zlatan İbrahimoviç "Milan"da qalmağa qərar verib. Matc.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, bu barədə isveçli futbolçu özü məlumat verib.
 
Bildirilir ki, tərəflər arasında yeni müqavilə imzalanmasa da, bunun yaxın günlərdə baş verəcəyi gözlənilir. 
 
İbrahimoviçin klubla müqaviləsi avqustun sonunda başa çatacaq. Hücumçu "Milan"a 2020-ci ilin yanvarında keçib. O, A Seriyasının 19 matçında iştirak edərək, 10 qol vurub və 5 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest