Türk futbolçu İsmayıl Köybaşı İspaniyanın “Qranada” klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, 31 yaşlı müdafiəçi La Liqa təmsilçisi ilə müddəti başa çatan müqaviləsini yeniləməyib.
 
İspaniya mətbuatının yazdığına görə, “Qranada” İsmayılla yanaşı, Alvaro Vadilyo ilə də vidalaşıb. Türk futbolçunun azad agent statusu ilə ölkəsinə qayıdacağı iddia olunur.
 
Türkiyə millisinin sabiq üzvü İspaniya klubuna ötən yay transfer olunmuşdu. Köybaşı bu komandanın heyətində 4 La Liqa, 3 İspaniya kuboku matçına çıxıb, 1 qolla yadda qalıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest