İngiltərənin "Brayton" klubu heyətini yeni futbolçuyla gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Ayaks"dan Coel Veltmanı transfer edib. 
 
Bu barədə "Brayton"un rəsmi saytı məlumat yayıb. 28 yaşlı müdafiəçi yeni klubuyla 3 illik müqavilə imzalayıb.
 
"Brayton" "Ayaks"ın yetirməsi olan Veltman üçün 900 min avro ödəyib. Müdafiəçi Niderland milli komandasının da üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest