Per Emerik Obameyanqın "Arsenal"dakı gələcəyi FA Kuboku finalından sonra bilinəcək Matc.az "Mirror" nəşrinə istinadən xəbər verir ki, qabonlu futbolçu komanda qalib gələcəyi təqdirdə, London klubunda qalacaq.

Məlumata görə, 31 yaşlı oyunçu avrokuboklarda çıxış etmək istəyir. "Arsenal" finalda "çelsi"ni məğlub edərsə, Avroliqaya vəsiqə qazanacaq. Əks təqdirdə isə "topçular" növbəti mövsüm avrokuboklardan kənar qalacaq.

Qeyd edək ki, "Arsenal" – "çelsi" görüşü avqustun 1-də keçiriləcək.     

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest