Futbol üzrə Rusiya çempionu "Zenit" kapitanı Branislav İvanoviçlə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Sankt-Peterburq klubu 36 yaşlı müdafiəçinin də istəyi ilə onun başa çatan müqaviləsini yeniləməyib.
 
Qeyd edək ki, 2017-ci ildə "çelsi"dən "Zenit"ə keçən İvanoviç bu mövsüm 25 matça çıxaraq 4 qol ötürməsi ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest