Azərbaycan millisi və “Zirə”nin futbolçusu Elvin Camalov karyerasını Türkiyədə davam etdirə bilər. Bu barədə futbolçu özü matc.az saytına məlumat verib.

Elvin bir neçə ay öncə Super Liqa təmsilçilərinin birindən təklif olduğunu ancaq daha sonra söhbətin dayandığını bildirib: “Həmin vaxt Türkiyədə mövsüm başa çatmamışdı. Həm də karantin dönəminə düşdüyü üçün danışıqlar yarımçıq qaldı. Ancaq artıq Türkiyədə çempionat bitib. Avqustda danışıqların yenidən bərpa olunması gözlənilir”.

Millimizin üzvü danışıqların müsbət nəticələnəcəyi təqdirdə, Türkiyəyə yollanacağını açıqlayıb: “Əlbbət, ilk öncə rəhbərliklə və baş məşqçi ilə danışacam. Məncə, onlar da karyeramı Super Liqada davam etdirməyimi istəyərlər. Orada Azərbaycanı təmsil etmək niyyətindədiyəm. Ancaq “qal” desələr, “Zirə”də oynamağa davam edəcəm. Komanda ilə bir illik müqaviləm var. Bura mənim evim kimidir. Qərarlarına hörmətlə yanaşacam”.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest