Eyni oyunda meydandan qovulan Vanderson Nakimento "Sabah"ın "Keşlə" ilə görüşündə "istirahət edəcək"

Topaz Premyer Liqasında 9 futbolçu üçün mövsümün ilk yarısı başa çatıb. Matç.az saytı xəbər verir ki, 2018-ci ilin sonuncu – XIV turu ərəfəsində cəzalı duruma düşənlər üçün çempionatın ilk yarısı yekunlaşıb.

Buna XIII turda alınan vərəqələr səbəb olub. 4 oyunçu qırmızı, 5 futbolçu isə sarı vərəqə üzündən bu duruma düşüb.

"Neftçi"nin oyunçuları Baqali Dabo və Tural Axundov "Sabah"la görüşdə qırmızı vərəqə aldığından "Sumqayıt"la ev görüşünü buraxacaq. Eyni oyunda meydandan qovulan Vanderson Nakimento "Sabah"ın "Keşlə" ilə görüşündə "istirahət edəcək".

"Zirə" daha böyük itkilərlə üzləşib. "Qəbələ" ilə matçda meydandan qovulan Bilal Hamdi, həmçinin mövsümdə 4-cü xəbərdarlığını alan İlkin Muradov, Kamal Mirzəyev, Pərdis Fərcad-Azad son turun "Qarabağ"la görüşündə oynamayacaq.

"Qəbələ" isə "Səbail"lə matçda Elvin Camalov və ürfan Abbasovun xidmətindən yararlanmayacaq. Hər iki oyunçu sarı vərəqə sayını 4-ə çatdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest