Futbol üzrə Ukrayna milli komandasının və "Metallist-1925" klubunun həkimi Anton Xudayev vəfat edib.
 
Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Bir müddət əvvəl koronavirusa yoluxan Xudayevin ürəyi dayanıb. Virus həkimin ağciyərinin 70 faizini sıradan çıxardığından o, süni tənəffüs aparatına qoşulmuşdu.
 
Anton Xudayev 20 ildən çox idi ki, "Metallist-1925"-də çalışırdı. O, 2016-cı ildən Ukrayna milli komandasının həkimi idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest