Klubun rəsmi saytının yaydığı məlumata görə, yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb

"Qarabağ" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.
 
Matc.az xəbər verir ki, Ağdam təmsilçisi Danimarkanın "Kopenhagen" klubundan Uroş Matiçi heyətinə qatıb.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.
 
Matiç, "Qarabağ"a keçidiylə bağlı klubun mətbuat xidmətinə açıqlama verib:
 
"Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur. Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı. Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest