Bazar günləri baş tutacaq oyunların keçirilmə saatları bundan sonra 15:00 və ya 16:00-a təyin ediləcək. Həftənin digər günlərində isə Topaz Premyer Liqa matçları axşam...

AFFA Klublar Komitəsinin iclasına start verilib. Matç.az saytının məlumatına görə, iclasın gündəliyində duran məsələlər müəyyənləşib.

Baş katib Elxan Məmmədovun çıxışı ilə başlayacaq tədbirdə cari mövsümdən etibarən klubların maliyyə hesabatlarının klubun və ya AFFA-nın rəsmi saytında açıqlanması məsələsi müzakirə olunacaq. Bu, Lisenziyalaşdırma prosedurunun "A" meyarıdı və mütləq yerinə yetirilməlidi.

Bazar günləri baş tutacaq oyunların keçirilmə saatları bundan sonra 15:00 və ya 16:00-a təyin ediləcək. Həftənin digər günlərində isə Topaz Premyer Liqa matçları axşam saatlarında 19:00, 20:00 və ya 21:00-da keçiriləcək.

Həmçinin AFFA-nın UEFA-ya üzv olduğunu və bu qurumun reqlamentlərini tanınmasını/qəbul etməsini nəzərə alaraq, Topaz Premyer Liqasının oyunlarında texniki skamyada əyləşən rəsmi şəxslərin sayını 7-yə qədər artırılmasını və "A" komandanın təşkilati işləri funksiyasını icra edən baş menecerin həmin zonada əyləşməsinə icazə verilməsinin, əlavə oturacaqlarının sayının 8-dək artırılmasının, klubların "A" komandasının baş menecerinə lisenziyaların verilməsinin mümkünlüyünün müzakirəsi də aparılacaq.

Hakimlərin üst geyimi kimi, alt geyimlərinin də eyni rəngdə olmasını təmin etmək məqsədilə AFFA-nın Hakimlər Komitəsinə müraciət etmək də nəzərdə tutulub.

Son olaraq isə Klublar Komitəsinə növbəti fəaliyyət müddəti üçün yeni sədr seçiləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest