Futbol üzrə Rusiya kubokunun final oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, həlledici oyunda Premyer Liqanın qalibi olan "Zenit"lə aşağı liqa təmsilçisi olan "Ximki" qarşılaşıb.
 
Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki" daha güclü rəqibi ilə bacarmayıb. "Zenit" minimal hesabla qalib gələrək kuboku da qazanıb və "qızıl dubl"a imza atıb.
 
Kamran da bu görüşün iştirakçısı olub. O, 81-ci dəqiqədə meydana buraxılıb.
 
"Zenit" tarixində dördüncü dəfə kubokun qalibi olur. Sankt-Peterburq təmsilçisi daha öncə 1999, 2010 və 2016-cı illərdə ölkə kubokuna sahib çıxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest