AFFA-nın milliləşdirmək istədiyi oyunçu Şenol Günəşin diqqətini çəkib. Matc.az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Almaniyanın "Darmştad" klubunda çıxş edən Serdar Dursun Türkiyə millisinin formasını geyinə bilər.

"Ay-ulduzlular" Millətlər Liqasında senyabrın 3-də Macarıstan, 6-da isə Serbiya ilə qarşılaşacaq. Günəşin bu dönəmdə heyətə yeni oyunçular cəlb edəcəyi bildirilir. Cenk Tosunun zədəli olması  hücum xəttində problem yarada bilər. Bu səbəbdən də baş məşqçinin Serdar Dursunu milliyə dəvət etməsi gözlənilir.

Xatırladaq ki, oyunçu Türkiyə mətbuatına Azərbaycan millisindən təklif aldığını açıqlayıb. Lakin Dursun məqsədinin Türkiyə yığması olduğunu bildirərək təklifi geri çevirib.

Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsüm Bundesliqa II-də 19 qol vurub və 7 assit edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest