"Sabahla bağlı heç vaxt "heç vaxt" demə".

Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yeni baş məşqçisi Canni de Byazi deyib. 64 yaşlı mütəxəssis yığmamızda işinə başlamağı səbərsizliklə gözlədiyini söyləyib:

"Gələcəkdə texniki direktor kimi çalışa bilərəm. Yaxşı bir baş məşqçi olan komandaya kömək edə bilərəm. Ancaq indi bütün diqqətimi Azərbaycan millisinə yönəltmişəm. Yenidən baş məşqçi kimi fəaliyyət göstərəcəyəm və başlamaq üçün səbirsizlənirəm. Albaniya yığmasından sonra yeni çağırış axtarışında idim".

Qeyd edək ki, Canni de Byazi AFFA ilə il yarımlıq müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest