Futbol üzrə Panama yığmasının yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Tomas Kristiansen çalışdıracaq.
 
Bu barədə Panama Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı müqavilənin detalları qarşıdakı günlərdə açıqlanacaq. Amma Kristiansenin qarşısına Panama yığmasını Dç-2022-yə çıxarmaq hədəfi qoyulduğu diqqətə çatdırılıb.
 
Danimarkalı mütəxəssisin son iş yeri Belçikanın "Yunion SG" klubu olub. O, daha öncə AEK (Larnaka), APOEL, "Lids" klublarında da baş məşqçi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest