İspaniyanın "Kadis" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, La Liqaya yenicə vəsiqə qazanan bu klub Alvaro Neqredonu heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 34 yaşlı hücumçu ilə bir illik müqavilə imzalanıb.
 
Karyerası ərzində "Rayo Valyekano", "Real", "Almeriya", "Sevilya", "Mançester Siti", "Valensiya", "Mildsbro", "Beşiktaş" kimi klublarda forma geyinmiş ispan hücumçu, 2018-ci ildən Birləşmiş Ərəb Əmirlikləri "Əl-Nəsr"inin uğurları üçün çalışırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest