Futbol üzrə Moldova çempionatında 5-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycanın yığmasının sabiq üzvü Amit Quluzadənin formasını geyindiyi "Milsami" də növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda itkisiz irəliləyən lider Tiraspol "Şerif"i ilə qarşılaşıb. Quluzadənin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Millimizin sabiq üzvü bu görüşün iştirakçısı olmayıb. Amit sonadək ehtiyatda qalıb.
 
Beş turdan sonra 5 xalı olan "Milsami" 10 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest