Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliçlə yeni müqavilə imzalanıb.
 
Matc.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Daliçlə müddəti 2022-ci ildə başa çatacaq yeni müqavilə imzalandığı diqqətə çatdırılıb. 
 
Qeyd edək ki, xorvat mütəxəssis 2017-ci ildən ölkəsinin millisini çalışdırır. Sözügedən komanda onun rəhbərliyi altında Dç-2018-in gümüş medallarını qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest