Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.
 
"Maşinsazi" doğma meydanda "Qohar"la qarşılaşıb və məğlubiyyətlə üzləşib – 1:2.
 
Təbrizin digər təmsilçisi "Traktor" isə səfərdə "Xodru"la üz-üzə gəlib. Bu oyun heç-heçə başa çatıb - 0:0.
 
"Traktor" hazırda 45 xalla 16 kollektiv arasında 3-cü, "Maşinsazi" isə 27 xalla 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest