Futbol üzrə Moldova çempionatında 5-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi "Dinamo-Avto" da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Sfintul" ilə qarşılaşıb. Nağıyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
 
Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. İlk turda bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.
 
Beş turdan sonra 9 xalı olan "Dinamo-Avto" 10 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest