"Sizinlə razılaşıram. Oturub burda danışaq ki, "bağ belə, bostan belə", amma fakt budur ki, çox çətin qrupdayıq. Bəlkə 6 komandalı qrupda olsaydıq, bizim səviyyəmizdə daha bir komanda olsaydı, daha çox xal toplaya bilərdik"

Milli komandamızın və "Qarabağ"ın futbolçusu Qara Qarayev "Keşlə" ilə oyundan sonra Matç.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Aç-2020-nin seçmə mərhələsinin püşkatması oldu. Millimizin rəqibləri haqqında fikirləriniz necədir?

- Komandaların gücünə real yanaşmalıyıq. Gərək heç bir şey bizi aldatmasın. Xorvatiya ilə bir dəfə oynamışıq. Evdə uğur qazanmışıq, amma digərləri ilə uzun müddətdir ki, qarşılaşmamışıq. Slovakiya və Macarıstanla oyunlar yadıma gəlmir. İşimiz çox çətin olacaq. çalışacağıq ki, nə qədər bacarırıq çox xal yığaq.

- Hər halda qrupdan çıxmaq haqqında düşünmək çox real deyil...

- Sizinlə razılaşıram. Oturub burda danışaq ki, "bağ belə, bostan belə", amma fakt budur ki, çox çətin qrupdayıq. Bəlkə 6 komandalı qrupda olsaydıq, bizim səviyyəmizdə daha bir komanda olsaydı, daha çox xal toplaya bilərdik.

- İlk oyun Xorvatiyada olacaq. Tariximizdə 0:6 nəticəsi var. Bunu düşünüb təşvişə düşürsünüzmü?

- Elə düşünmürəm. Onda böyük hesabla uduzsaq da, əlimizdən gələni edəcəyik ki, uğur qazanaq, oynayaq. Nəinki Xorvatiya, bütün səfər matçlarından yaxşı nəticə ilə gəlmək istəyirik.

- Yeni imicinlə bağlı nə deyə bilərsən?

- Bunun müzakirəyə çıxarılması doğru deyil, məncə. Saçdı da, kəsdirdim, vəssalam. Sabah sarı gödəkçə geyinsəm, bu da xəbər olacaq? Gözləməzdim bu qədər diqqət çəksin, düşünmürdüm. Bilsəydim, bu qədər adam paylaşacaq, danışacaq, heç eləməzdim. İndiki zamanda daha çox idmanla, özümüzlə bağlı düşünməliyik. Saç, imic kimi mövzular ikinci dərəcəlidi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest