"Səbail" futbol klubu ilə yollarını ayıran Eltun Yaqublu futbolçu karyerasını başa vurub.
 
Matc.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Yaqublu bildirib ki, onun üçün ağır olsa da, karyerasına son qoymağa qərar verib. Futbolçu "Səbail" klubunun rəhbərliyinə, məşqçilər korpusuna, onunla birlikdə oynayan komanda yoldaşlarına və azarkeşlərə təşəkkür edib.
 
Qeyd edək ki, Eltun karyerası ərzində "Neftçi", "Qarabağ" və "Sumqayıt" klublarının da formasını geyinib. O, 2018/19 mövsümündə "Səbail"lə Azərbaycan Premyer Liqasında bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest