Futbol üzrə İngiltərə Premyer Liqasının 2020/21 mövsümünə vəsiqə qazanan ilk komanda müəyyənləşib.
 
Matc.az xəbər verir ki, "Lids" çempionşipdə sona iki tur qalmış  həm çempionluğunu, həm də elitaya vəsiqəni təmin edib.
 
Buna ikinci pillədə qərarlaşmış "Vest Bromviç"in ötən gün səfərdə "Haddersfild"ə 1:2 hesablı məğlubiyyəti şərait yaradıb. Hazırda iki oyunu qalan lider "Lids"in 87 xalı varsa, cəmi bir oyunu qalan "Vest Bromviç" 82 xalla ikinci, "Brentford" isə 81 xalla üçüncüdü. Bu da "Lids"in qalan oyunlarda uduzsa belə, zirvədəki mövqeyini əldən verməyəcəyi anlamına gəlmir.
 
Qeyd edək ki, "Lids" 16 illik fasilədən sonra İngiltərə Premyer Liqasına dönür. Sözügedən klub sonuncu dəfə 2003/04 mövsümündə elitada olub. Bu komanda tarixində üç dəfə (1969, 1974 və 1992) İngiltərə çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest