Liqa1-də mübarizə aparan "Renn" klubunda baş məşqçi istefası reallaşıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, rəhbərlik Sabri Lyamuşini istefaya göndərib.
 
Buna səbəb komandanın uğursuz mövsüm keçirməsidi. Hazırda ölkə çempionatında 14-cü pillədə qərarlaşan "Renn"in XV turda "Strasburq"a evdə 1:4 hesablı məğlubiyyəti Lyumuşinin qovulması ilə nəticələnib.
 
Baş məşqçi postuna müvəqqəti olaraq əvəzedici komandanın çalışdırıcısı Jülen Stefan təyin edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest