İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, "qırmızı-qaralar" "Sevilya"dan Simon Kyaeri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Danimarkalı futbolçu ilə 2022-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanıb.
 
Kyaer yanvardan icarə əsasında "Milan"da çıxış edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest